Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Nüvə reaktorlarının daxili örtüyünün hazırlanmasında istifadə oluna bilən keramik kompozit material alınıb
01.10.2020 12:21
  • A-
  • A
  • A+

Nüvə reaktorlarının daxili örtüyünün hazırlanmasında istifadə oluna bilən keramik kompozit material alınıb

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Eldar Zeynalovun xarici həmkarları ilə birlikdə növbəti “Reactive hot pressing route for dense ZrB2-SiC and ZrB2-SiC-CNT ultra-high temperature ceramics" məqaləsi impakt faktorlu jurnalda dərc edilib.

"Journal of the European Ceramic Society" jurnalında dərc edilən məqalə beynəlxalq müştərək tədqiqatların nəticəsi olaraq hazırlanıb. Jurnal dünyaca məşhur “Elsevier” nəşriyyatında çap olunur və "Clarivate Analytics" bazasında impakt faktoru 4.495-dir.

Məqalədə isti preslənmə üsulu ilə yüksək təzyiqdə çoxsaylı karbon nanoboruları saxlayan yeni ZrB2-SiC keramik kompozit materialı alınıb və onun yüksək davamlılıq xüsusiyyətləri araşdırılıb. Müəyyən edilib ki, karbon nanoboruların tərkibə daxil olması onların mohkəmlik əmsalını 4.3MPa.m1/2 –dən 6.8MPa.m1/2 artmasına səbəb olur. Yeni alınmış keramik kompozit materialı nüvə reaktorlarının daxili örtüyünün hazırlanmasında istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: