Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Elmi biliklərin əldə olunmasında Data Mining texnologiyalarının tətbiqi araşdırılır
30.09.2020 10:11
  • A-
  • A
  • A+

Elmi biliklərin əldə olunmasında Data Mining texnologiyalarının tətbiqi araşdırılır

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Elmi biliklərin əldə olunmasında Data Mining texnologiyalarının tətbiqi” mövzusunda onlayn elmi seminar keçirilib.

Tədbirdə institutun əməkdaşı Şahanə Mansurova informasiya və sənaye inqilabları haqqında məruzə ilə çıxış edib. Qeyd edib ki, bu inqilablar insanların həyatı üçün əhəmiyyətli olan dəyişikliklər dövrüdür və hər biri öz növbəsində texnoloji yeniliklərlə müşayiət olunur. Biliklərin əldə olunmasının təkamülü sivilizasiyanın keçdiyi həmin inqilabları doğuran səbəblər, onların yaratdığı təzahürlər və imkanlarla əlaqəlidir.

Ş.Mansurova “Big Data”nın analiz texnologiyaları və onun müxtəlif elm sahələrində tətbiqindən danışıb.

Sonda məruzəyə dair müzakirələr aparılıb, suallar cavablandırılıb.

Şöbə müdiri Təhmasib Fətəliyev bu istiqamətdə tədqiqatların davam etdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və məqalənin hazırlanmasını tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: