Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

YT Parkın direktoru: “Təcrübə-Sənaye Zavodu Azərbaycan Ordusunu zərurət yarandıqda müxtəlif mühərrik yağları ilə təchiz etməyə hazırdır”
29.09.2020 16:52
  • A-
  • A
  • A+

YT Parkın direktoru: “Təcrübə-Sənaye Zavodu Azərbaycan Ordusunu zərurət yarandıqda müxtəlif mühərrik yağları ilə təchiz etməyə hazırdır”

AMEA Yüksək Texnologiyalar Parkının kollektivi son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribata layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirir.

Bu məqsədlə sentyabrın 29-da YT Parkın direktoru Vasif Abbasovun sədrliyi ilə iclas keçirilib.

Tədbiri giriş sözü ilə açan V.Abbasov Ermənistanın hərbi təxribatına cavab olaraq əsgərlərimizin düşmənə layiqli cavab verdiyini bildirib, erməni silahlı qüvvələrinin ağır itkilərə məruz qalmasını Azərbaycanın yüksək döyüş hazırlığı olan güclü orduya malik olması ilə əlaqələndirib. Qeyd edib ki, Ali Baş Komandanın səriştəli və doğru siyasət yürütməsi nəticəsində Azərbaycana məxsus bir neçə kənd və strateji əhəmiyyət daşıyan obyektlər qısa müddət ərzində düşməndən geri alınmışdır.

Parkın direktoru vurğulayıb ki, rəhbərlik etdiyi qurumun rezidenti olan AMEA-nın Təcrübə-Sənaye Zavodunda ən müasir tələblərə cavab verən, yüksək keyfiyyətə malik mühərrik, transmissiya, kompressor, hidravlika yağları, sürtkü materialları və s. istehsal edilir. Onun sözlərinə görə, Təcrübə-Sənaye Zavodu zərurət yarandığı halda Azərbaycan Ordusuna dəstək verməyə, ordumuzu müxtəlif mühərrik yağları və digər vasitələrlə təchiz etməyə hazırdır.

İclasda Ermənistanın Dağlıq Qarabağla əlaqədar BMT-nin məlum qərarlarına məhəl qoymaması və sülh danışıqlarını müxtəlif vasitələrlə pozmaq səyləri qətiyyətlə pislənib. Bildirilib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Sonda düşmən qüvvələrinin ağır itkilərə məruz qalmasının ordu-xalq, xalq-Ali Baş Komandan birliyinin məntiqi nəticəsi olduğu vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: