Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Biofizika İnstitutunun alimləri ordumuza dəstək nümayiş etdirirlər
29.09.2020 11:28
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun alimləri ordumuza dəstək nümayiş etdirirlər

AMEA-nın Biofizika İnstitutunun gənc alimləri bu günlərdə Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribata layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirirlər.

Belə ki, ön cəbhədə xidmət edən əsgərlərə dəstək vermək, onlar üçün tədarük edilən qan ehtiyatını artırmaq məqsədilə 29 sentyabr 2020-ci il tarixində müəssisənin gənc alimləri Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunda könüllü olaraq qan veriblər.

Biofizika İnstitutunun əməkdaşları Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarına qoşularaq səhhəti qaydasında olan hər kəsi qanvermə aksiyasında fəal iştirak etməyə səsləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: