Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Professor Ənvər Əhmədovun 100 illik yubileyi qeyd olunub
25.09.2020 17:26
  • A-
  • A
  • A+

Professor Ənvər Əhmədovun 100 illik yubileyi qeyd olunub

AMEA-nın  Fəlsəfə və Sosiologiya İnstitutunda tanınmış maarifçi filosof, fəlsəfə elmləri doktoru, professor Ənvər Əhmədovun 100 illik yubileyinə həsr olunan “Dövr və Azərbaycanda maarifçilik” mövzusunda onlayn respublika elmi konfransı keçirilib.

Tədbiri giriş sözü ilə institutun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq Ənvər Əhmədovun elmi fəaliyyəti haqqında konfrans iştirakçılarına məlumat verib. Alim bildirib ki, Ənvər Əhmədov öz elmi fəaliyyəti ilə Azərbaycan fəlsəfəsini keçmiş sovetlər məkanında layiqincə təbliğ edərək, maarifçilik istiqamətində böyük işlər görüb.  

Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, f.e.d. Arzu Hacıyevanın “A.Bakıxanovun irsinin tədqiqi və təbliğində professor Ənvər Əhmədovun xidmətləri”, şöbə müdiri, f.e.d., professor Sakit Hüseynovun “Gənc filosofların yetişməsində professor Ənvər Əhmədovun rolu”, müəssisənin aparıcı elmi işçiləri, f.ü.f.d. Rəşad Əsgərovun “Azərbaycan maarifçiliyi Ənvər Əhmədovun tədqiqatlarında”, f.ü.f.d. Aytək Məmmədovanın “Ə.Əhmədov məntiqçi alim kimi” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ictimai fənlər kafedrasının müəllimi, dosent Yaşar Əhmədovun “Ənvər Əhmədov tədqiqatçı alim və görkəmli pedaqoq” mövzusunda məruzələri dinlənilib.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: