Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Fiziki-kimyəvi analizin müasir metodları - qaz xromotoqrafiyası” mövzusunda tədbir keçiriləcək
08.12.2014 00:00
  • A-
  • A
  • A+

“Fiziki-kimyəvi analizin müasir metodları - qaz xromotoqrafiyası” mövzusunda tədbir keçiriləcək

Dekabrın 9-da saat 09:30-da “Qafqaz Point” hotelində “Fiziki-kimyəvi analizin müasir metodları - qaz xromotoqrafiyası” mövzusunda ümumrespublika elmi seminarı keçiriləcək. Tədbirdə Fransa və Hollandiyanın, həmçinin AMEA Kimya Elmləri Bölməsinə daxil olan institutların, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bakı Dövlət Universiteti və digər təşkilatların alim və mütəxəssisləri iştirak edəcəklər.

Seminarda “Agilent technologies” şirkətinin Fransalı nümayəndəsi Lou Ceng “Dəqiq Karbohidrogen Analiz üsulları”, Hollandiyadan olan mütəxəssis Paskal Vattaire isə “Qaz analizatorları və mikro GC sistemləri” mövzusunda məruzə ilə çıxış edəcək.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küç.118, 560-cı məhəllə şəh.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: