Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Batabat Astrofizika Rəsədxanasında elmi seminar keçirilib
22.09.2020 10:31
  • A-
  • A
  • A+

Batabat Astrofizika Rəsədxanasında elmi seminar keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında payız günbərabərliyinə həsr olunan elmi seminar keçirilib.

Tədbirdə çıxış edən rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev payız fəslinin başladığı günün – sentyabrın 22-nin həm də günbərabərliyi zamanı olduğunu diqqətə çatdırıb. Beləliklə, həmin gündən başlayaraq Günəş yarım il ərzində cənubda yerdəyişmə edəcək və 21 martda yenidən şimal yarımkürəsində olacaq.

Sonra rəsədxananın elmi işçisi Ülvi Vəliyevin “Günbərabərliyi və yer üzərində fəsillərin əmələ gəlməsi”, kiçik elmi işçilər Vəfa Qafarovanın “2020-ci ildə gün bərabərliyi” və Türkanə Əliyevanın “Payız günbərabərliyində yerin səmada günəşə nisbətən vəziyyəti” mövzusunda məruzələri dinlənilib. Çıxışlarda günbərabərliklərinin baş verməsinin astronomik, fiziki və riyazi əsaslarının izahı, həm də fəsillərin əmələ gəlməsi ilə günbərabərlikləri arasındakı əlaqənin mahiyyəti barədə geniş məlumat verilib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: