Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Gənc tədqiqatçı” jurnalının yeni nömrəsi çap olunub
21.09.2020 10:33
  • A-
  • A
  • A+

“Gənc tədqiqatçı” jurnalının yeni nömrəsi çap olunub

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının elmi nəşri olan "Gənc tədqiqatçı" jurnalının növbəti sayı işıq üzü görüb. Bu nömrədə Fizika-Riyaziyyat və Texnika, Kimya, Yer, Biologiya və Tibb, Humanitar və İcimai Elmlər bölmələri üzrə gənclərin fundamental və tətbiqi əhəmiyyətli məqalələri daxil edilib.

Qeyd edək ki, “Gənc Tədqiqatçı” elmi-praktiki jurnalı AMEA Rəyasət Heyətinin 12.03.2015 tarixli Qərarı ilə nəşr olunur. Vəsait Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 31.03.2017-ci il tarixli iclasının Qərarı ilə pedaqogika elmləri istisna olmaqla, qalan bütün elmlər üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: