www.science.az
16.09.2020 10:25

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu müsabiqə elan edir

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər institutun Nizamişünaslıq, Ədəbi tənqid, Azərbaycan mühacirət ədəbiyyatı, Türk xalqları ədəbiyyatıXX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbələrinin müdirləri, həmçinin Füzulişünaslıq, Ədəbi cərəyanlar sektorlarının müdiri, eləcə də Yeni dövr Azərbaycan ədəbiyyatı, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbələrinin baş elmi işçisi, Uşaq ədəbiyyatı şöbəsinin böyük elmi işçisi və Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi vəzifələrinin hər birinə 1 yerdir.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən etibarən bir ay müddətində təqdim edilməlidir.

Ünvan: AZ 1143, H.Cavid pr. 31 (V mərtəbə, 501-ci otaq)

Tel.: (+994 12) 537 08 59

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.