Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Radiasiya Problemləri İnstitutunda magistrantlarla görüş keçirilib
15.09.2020 15:00
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda magistrantlarla görüş keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunda “Radiasiya materialşünaslığı” ixtisası üzrə qəbul olunan I kurs və hazırda təhsil alan II kurs magistrantlarla görüş keçirilib.

Karantin rejiminin tələblərinə uyğun və sosial məsafə gözlənilməklə təşkil olunan görüşdə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov gəncləri salamlayıb və magistrantlara uğurlar arzu edib.

O.Səmədov, həmçinin müəssisə əməkdaşlarının, magistrant, doktorant və dissertantların karantin rejimi dövründə müvafiq qaydalara tam əməl etməklə nümunəvi davrandığını və alimlərimizin izolyasiya şəraitində fəaliyyət göstərdiklərini vurğulayıb.

Görüşün sonunda II kurs magistrantların bu gündən etibarən distant tədrisə başlayacaqları diqqətə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: