Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Akademik İradə Hüseynova MBBİ-nin magistrantları ilə görüşüb
15.09.2020 13:50
  • A-
  • A
  • A+

Akademik İradə Hüseynova MBBİ-nin magistrantları ilə görüşüb

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) direktoru, akademik İradə Hüseynova yeni dərs ilinin başlanması münasibətilə müəssisənin II kurs magistrantları ilə onlayn görüş keçirib.

Akademik magistrantaları yeni dərs ili münasibətilə təbrik edib, tədris prosesinə və elmi tədqiqat işlərinə daha ciddi yanaşmağı tələb edib. O, həmçinin xaricdə təhsillərini uğurla davam etdirən məzunlardan söz açıb, onların gələcəkdə yeni istiqamətlərdə elmi tədqiqatlar aparılmasına təkan verəcəklərinə inandığını bildirib.

Sonda İ.Hüseynova gəncləri karantin qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb, yeni dərs ilində onlara uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: