Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İnformasiya Texnologiyaları İnstitutunda tədris yenidən təşkil olunur
14.09.2020 10:56
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunda tədris yenidən təşkil olunur

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib.

İclasda tədrislə bağlı məsələlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkədə tədrisin onlayn formada təşkil edildiyini xatırladıb. Diqqətə çatdırıb ki, qarşıda duran mühüm vəzifələrdən biri də magistratura, doktorantura və dissertantura ilə bağlı tədrisin yüksək səviyyədə təşkil olunmasıdır. İnstitutun Tədris-İnnovasiya Mərkəzində AMEA üzrə bütün magistrantlar üçün ümumi fənlərin tədrisi aparılır ki, yeni təhsil ilində də bu istiqamətdə fəaliyyət müəyyən tələblər çərçivəsində davam etdiriləcək.

“Sentyabrın 15-i ölkəmizdə Bilik günüdür. Bu, bizim üçün bir çağırışdır ki, resurslarımıza yenidən baxaq, təhsilin məzmununu və təşkilati məsələləri geniş şəkildə müzakirə edək”, - deyə akademik bildirib. O, əlavə edib ki, yeni tədris ilində institutun fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də Təhsil Nazirliyinin müəyyənləşdirdiyi tələblərə riayət edilməsi əsasında qurulmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: