www.science.az
08.12.2014 00:00

AMEA Təcrübə-Sənaye zavodunun inzibati binasının əsaslı təmirdən sonra açılışı olub

AMEA Təcrübə-Sənaye zavodunun inzibati binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən zavodun direktoru v.i.e. Vasif Abbasov bildirib ki, AMEA Rəyasət Heyətinin göstərişi əsasında İşlər İdarəsi tərəfindən müasir standartlara cavab verən təmir işlərindən sonra inzibati binada işçilərin səmərəli fəaliyyət göstərmələri üçün lazımi şərait yaradılmışdır. İş otaqları yenidən planlaşdırılaraq mövcud təlabata uyğunlaşdırılmış, bina yeni mərkəzi istilik sistemi ilə təchiz edilmiş, bütün kommunikasiya xətləri qurulmuşdur. V.Abbasov yaradılan şərait üçün AMEA rəhbərliyinə təşəkkürünü bildirib, kollektivə uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.