www.science.az
11.09.2020 09:23

Dendrologiya İnstitutu qovunağacı bitkisi barədə videosüjet hazırlayıb

AMEA-nın Dendrologiya İnstitutunun istixanasında mövcud olan qovunağacı (Karika Papayya) bitkisi haqqında videosüjet hazırlanıb.

Bitki haqqında ətraflı məlumat verən institutun Ağac və kol bitkilərinin introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının elmi işçisi Aynur Hüseynova bildirib ki, bu tropik bitki 2017-ci ildən qurumun bitki kolleksiyasında yer alıb. Qeyd edib ki, institutda istixanada əldə edilmiş toxumlardan alınan nəticələr digər ölkələrdən gətirilmiş toxumlara nisbətən daha yaxşı nəticələr verib.

A.Hüseynova əlavə edib ki, həmişəyaşıl palmayabənzər papayya ağacı yarpaqsız gövdəyə malikdir. Formasına və dadına görə yemişi xatırladan kəhraba və ya sarı rəngli meyvələrinin çəkisi 2-2,5 kq-a yaxındır. Tez yetişən bu bitki cəmi 5 il yaşayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.