Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Çinin təkrar istifadə edilə bilən sınaq kosmik gəmisi kosmosa buraxılıb
07.09.2020 09:18
  • A-
  • A
  • A+

Çinin təkrar istifadə edilə bilən sınaq kosmik gəmisi kosmosa buraxılıb

Çin təkrar istifadə edilə bilən sınaq kos­mik gəmisinin kosmosa buraxılışını uğurla həyata keçirib. Buraxılış ölkənin Daxili Monqolustan Muxtar Bölgəsindəki Tszytsyu­an kosmodromundan “Çançjen-2F” raket daşıyıcısı vasitəsilə edilib.

Ria.ru saytı xəbər verir ki, gəminin bir müddət Yerin orbiti üzrə uçacağı, bundan sonra geri dönəcəyi bildirilir.

Kosmik aparat uçuşlar zamanı təkrar istifadə edilə bilən texnologiyaların sınanması və kosmosun öyrənilməsində texnoloji dəstək üçün nəzərdə tutulub. Bu barədə Çinin Kosmik Elmlər və Texnologiyalar Korporasiyası (CASC) məlumat verib.

  • Paylaş: