Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Beynəlxalq konfransda Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəylinin məruzəsi dinlənilib
07.09.2020 09:12
  • A-
  • A
  • A+

Beynəlxalq konfransda Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəylinin məruzəsi dinlənilib

Elm Tarixi üzrə Avropa Cəmiyyətinin (ESHS) “Elmin vizual, maddi və duyğu mədəniyyətləri” mövzusuna həsr olunan IX Beynəlxalq konfransı keçirilib. Onlayn tədbirə Avropa və Asiya ölkələrinin müxtəlif elm və ali təhsil qurumlarından 600-dən çox alim qoşulub.

“Pandemiya elmi əməkdaşlığa maneə deyil” devizi ilə keçirilən konfransda AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli də məruzə edib. Onun məruzəsi orta əsrlərin görkəmli azərbaycanlı alimi Nəsirəddin Tusinin elmi irsinə, xüsusən “Risaleyi-tibb” traktatına həsr olunub. Məryəm Seyidbəyli N.Tusinin müxtəlif elm sahələrində qoyduğu izlərdən, o cümlədən məşhur Marağa rəsədxanasından da danışıb.

Xatırladaq ki, ESHS Avropa ölkələri arasında elm, texnologiya, tibb sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə qurulub. Elm Tarixi İnstitutu 2019-cu ilin dekabrından ESHS-nin Elm və Texnologiyanın Tarixi və Fəlsəfəsi üzrə Beynəlxalq İttifaqının Elm və Texnologiya Tarixi bölməsinə assosiasiyalı üzv qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: