www.science.az
27.11.2014 00:00

AMEA Aqrar Elmlər Bölməsinin növbəti iclası keçirildi

Noyabrın 26-da AMEA Aqrar Elmlər Bölməsinin növbəti iclası keçirildi. İclasda gündəlikdə duran məsələlərə əsasən RƏTTAŞ-ın nəzdində yaradılmış Aqrar və Ekologiya Elmləri üzrə şuranın təklif olunan tərkibinə baxıldı, şuranın tərkibinə AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun təklifi əsasında biologiya üzrə elmlər doktoru Aydın Əsgərov əlavə olundu.

Tədbirdə, həmçinin AMEA-nın 70 illik yubileyi ilə əlaqədar AMEA-nın bütün institut və təşkilatları haqqında üç dildə (Azərbaycan, rus, ingilis) bukletlərin hazırlanması, institutların yeni strukturu, onların attestasiyanın keçirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

Tədbirdə, həmçinin institutun əməkdaşları tərəfindən bölməyə daxil olan müraciyyətlər müzakirə olundu. Müzakirədə AMEA Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev və bölmənin üzvləri iştirak edirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.