Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Bəxtiyar Vahabzadəyə həsr olunan beynəlxalq simpozium keçirilib
24.08.2020 11:38
  • A-
  • A
  • A+

Bəxtiyar Vahabzadəyə həsr olunan beynəlxalq simpozium keçirilib

AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsi Türkiyənin İqtisadi İnkişaf İnstitutu ilə birlikdə onlayn formatda "Üçüncü Beynəlxalq Bəxtiyar Vahabzadə - Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı simpoziumu" keçirib.

Avropa və Asiya ölkələrindən alimlərin qatıldığı simpoziuma Dədə Qorqud şöbəsinin müdiri, “Dədə Qorqud” elmi-ədəbi jurnalının baş redaktoru, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı rəhbərlik edib.

Simpoziumun plenar iclasında Ramazan Qafarlı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxış ediblər.

Tədbirdə “Ədəbiyyatımızın Bəxtiyar mərhələsi”, “Bəxtiyar Vahabzadə poeziyasında insan və zaman konsepsiyası”, “Bəxtiyar Vahabzadə şeirlərinin estetikası”, “Bəxtiyar Vahabzadənin yaradıcılığında Azərbaycan ədəbiyyatının tədrisi məsələləri”, “Bəxtiyar Vahabzadə yaradıcılığında milli istiqlal motivləri”, “Bəxtiyar Vahabzadənin yaradıcılığında cəmiyyət problemləri”, “Bəxtiyar Vahabzadə – adını türk ədəbiyyatı tarixinə böyük hərflərlə yazmış Azərbaycan oğlu”, “Kitabi-Dədə Qorqud obrazları Bəxtiyar Vahabzadənin yaradıcılığında”, “Məni siyasətdə deyil, şeirlərimdə axtarın”, “Azərbaycan və türk ədəbiyyatında Bəxtiyar Vahabzadə yaradıcılığı və onun Vətən sevdalı şeirləri” və “Əqidəsini dəyişməyən xalq şairi” mövzularında məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: