Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Gənc alim II Beynəlxalq Müasir Elmi Araşdırmalar Konqresində iştirak edib
24.08.2020 11:33
  • A-
  • A
  • A+

Gənc alim II Beynəlxalq Müasir Elmi Araşdırmalar Konqresində iştirak edib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi-fond şöbəsinin kiçik elmi işçisi Fatma Qəniyeva Yaponiyanın Tokio şəhərində onlayn formatda keçirilmiş II Beynəlxalq Müasir Elmi Araşdırmalar Konqresində iştirak edib.

Azərbaycanlı alim konqresdə “Müasir cəmiyyətdə qonaqpərvərliyin inkişafında texnologiyanın yeri və rolu” mövzusunda məruzə ilə çıxış edib, sualları cavablandırıb.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, beynəlxalq konqresin materiallarının tezliklə nəşri nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: