Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Axşam görüşləri” verilişi musiqi tariximizin korifeyi Xan Şuşinskiyə həsr olunacaq
18.08.2020 10:45
  • A-
  • A
  • A+

“Axşam görüşləri” verilişi musiqi tariximizin korifeyi Xan Şuşinskiyə həsr olunacaq

Avqustun 21-də saat 21:30-da və avqustun 23-də saat 23:00-da Azərbaycan Radiosunda, FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi 115 yaşı tamam olan unudulmaz sənərkarımız Xan Şuşinskiyə həsr ediləcək.

Proqramda Xan Şuşinski yaradıcılığının xüsusiyyətlərindən bəhs olunacaq, görkəmli xanəndənin repertuarındakı “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflərdən danışılacaq.

Verilişin aparıcısı AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: