Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

YT Parkda innovativ layihələrin həyata keçirilməsi əsas hədəflərdəndir
14.08.2020 15:58
  • A-
  • A
  • A+

YT Parkda innovativ layihələrin həyata keçirilməsi əsas hədəflərdəndir

“AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin yeni direktoru Vasif Abbasov rəhbərlik etdiyi qurumun əməkdaşları ilə görüşüb.

Uzun illər “AMEA Təcrübə Sənaye Zavodu” MMC-nin direktoru vəzifəsində çalışdığını xatırladan V.Abbasov YT Parkın fəaliyyəti ilə yaxından tanış olduğunu diqqətə çatdırıb. O, elmi-innovativ fəaliyyətin dünyanın əksər ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını deyib, AMEA-da da bu məsələlərə xüsusi diqqət yetirildiyini bildirib. Qeyd edib ki, YT Parkın fəaliyyəti AMEA üçün əsas prioritet istiqamətlərdən birini təşkil edir və akademiyanın Rəyasət Heyəti bu qurumun elmi-innovativ təşəbbüslərini dəstəkləyir.

YT Parkın səmərəli fəaliyyəti üçün onun hüquqi bazasının tam formalaşdırılması, rəqabətqabiliyyətli məhsulların istehsalı, ciddi elmi tədqiqatların aparılması, eləcə də innovativ layihələrin həyata keçirilməsinin əsas hədəflərdən olduğunu deyən Vasif Abbasov bu fəaliyyətin yüksək səviyyədə təşkilinin Azərbaycan iqtisadiyyatının davamlı inkişafı baxımından son dərəcə önəmli olduğunu vurğulayıb.

Direktor müəssisənin əməkdaşlarını COVID-19 pandemiyasına qarşı maksimum dərəcədə ehtiyatlı olmağa çağırıb və onlara işlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: