Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutu adından ölkə Prezidentinə müraciət dərc edilib
11.08.2020 14:19
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutu adından ölkə Prezidentinə müraciət dərc edilib

“Respublika” qəzetinin 8 avqust tarixli buraxılışında AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyevin müəssisə kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti dərc olunub.

Müraciətdə institutun tədqiqatçı alimlərinin, eləcə də bütün kollektivin müasir Azərbaycan Respublikasının milli demokratik prinsipləri əsasında formalaşmasında ölkə Prezidentinin  vətənpərvərlik ideya və fikirlərini həmişə dəstəklədiyi  və tərəfdarı olduğu bildirilib. Azərbaycanın coğrafiyaçı alimləri rəhbərin əvəzsiz xidmətləri müqabilində bütün “Türk dünyasının coğrafiyası”nı əhatə edən xüsusi monoqrafiyanı hazırlayıb  nəşr etdiriblər. Monoqrafiyada ilk dəfə olaraq  türk dünyasını təmsil edən dövlətlərin və xalqların  coğrafi təkamül tarixi, dünya tarixi mədəniyyətinin coğrafiyasında əhəmiyyətli rolu olan türkdilli xalqların ümumi tarixi kökləri, ortaq dəyərləri, ortaq zəngin irsi bütöv bir zəncir olaraq təhlil edilib. Monoqrafiya bütün türk dünyasının milli-genetik birlik reallığının tanınmasında əvəzsiz rol oynayır.

Bildirilir ki, institut kollektivi  bəşəriyyətin iqtisadi-sosial və mənəvi dünyasına təhlükə olan qlobal pandemiyanın Azərbaycan ərazisində kütləvi yayılmasının qarşısının alınması istiqamətində  ölkə Prezidentinin vaxtında gördüyü işləri alqışlayır, eləcə də tarixi düşmənimizin Azərbaycan əraziləri haqqında həmdəmxəyal fikirlərinə son qoyulması, onların yerində oturdulması üçün atılan bütün addımları dəstəkləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: