Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan Milli Elmlər Akademiyası və Macarıstan İnnovasiyalar İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb
20.11.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan Milli Elmlər Akademiyası və Macarıstan İnnovasiyalar İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Macarıstan İnnovasiyalar İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Macarıstan – Azərbaycan Biznes Forumu çərçivəsində Macarıstan Milli İnnovasiya Ofisinin rəhbəri Endre Spaller və AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin müdiri Vüqar Babayev imzalayıb.

Sənəddə elmi-texniki və innovativ sahələr üzrə tərəfdaşlığın üstünlükləri, onların milli iqtisadiyyatların və hər iki ölkənin tərəqqisindəki vacibliyi vurğulanıb, həmçinin əməkdaşlığın təşviqi və təbliği mühüm hesab edilib.

Tədbirdə elmi-texniki və innovasiya üzrə beynəlxalq əməkdaşlığın Macarıstan və Azərbaycanın tədqiqat cəmiyyətləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrini gücləndirəcəyinə inam ifadə olunub. Bildirilib ki, Momorandumda tərəflərin razılaşdırdığı sahələr üzrə layihələrin keçirilməsi, eyni zamanda alim və mütəxəssislərin qarşılıqlı mübadiləsi, birgə konfrans, simpozium, seminar və digər tədbirlərin təşkil olunması, elmi müəssisələr arasında texnologiyalar mübadiləsinin aparılması, həmçinin çoxtərəfli və regional elmi, texnoloji və inkişaf proqram və layihələrində iştirakın və əməkdaşlığın dəstəklənməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: