Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Elektron Resursların İşlənməsi” mövzusunda tədbir keçirilib
20.11.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Elektron Resursların İşlənməsi” mövzusunda tədbir keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Elektron Resursların İşlənməsi” (Electronic Resources Usage) mövzusunda “EBSCO” məlumat xidmətlərinin təqdimatına həsr olunmuş tədbir keçirilib. İlk olaraq MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova tədbirin əhəmiyyətindən söz açıb. Bildirib k, tədbirin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarından olan nümayəndələrə “EBSCO” məlumat bazasının xidmətləri haqqında məlumat vermək və onların bazaya qoşulması imkanlarını müzakirə etməkdir.

Sonra “EBSCO” məlumat xidmətlərinin MDB üzrə nümayəndəsi Reiko Raie təqdimatla çıxış edib. ABŞ-ın nüfuzlu şirkətlərindən olan “EBSCO”nun qısa tarixindən danışan R.Raie xatırladıb ki, şirkət aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. EBSCO təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində də nəşr olunan sənədlərin elektron variantlarını oxuculara təqdim edir. Ümumilikdə EBSCO məlumat bazası 20-yə yaxın mövzunu özündə birləşdirir. EBSCO nəşrlərindən istifadə etmək üçün alim və ziyalılardan xarici dil bilikləri tələb olunur. Burada materiallar ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə təqdim edilir.

Daha sonra Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (AKİK) respublika üzrə koordinatoru 

Cəmilə Yusifova

 konsorsiumun fəaliyyətindən və “EBSCO” ilə əməkdaşlığından danışıb. Bildirib ki, AKİK-nun məqsədi üzvlər arasında informasiya mənbələrini bərəbər paylamaq, əldə olunan elektron ehtiyatların miqdar və keyfiyyətini artırmaq, eləcə də üzvlərin sayını daim çoxaltmaqdır. Artıq AMEA-nın bir neçə institutu dünyada çox məşhur olan EBSCO məlumat bazasına konsorsiumun vasitəsiylə çıxış əldə edib. C.Yusifova onuda qeyd edib ki, bazanın məlumat mənbələrindən yararlanmaq və sərfəli abunə haqqı olaraq maliyyə məsələlərini yoluna qoymaq üçün AMEA-nın elmi müəssisə və təşkilatları vahid sistemdə birləşməlidirlər. Növbəti ildə konorsium tərəfindən akademiyanın institut və təşkilatlarından olan istifadəçilərə “EBSCO”nun elektron nəşrlərindən sərbəst istifadə edə bilmək və onları dünyada qlobal miqyas almış informasiya bazaları ilə tanış etmək üçün treniqlər təşkil olunacaq. 

Sonda müzakirələr zamanı səsləndirilmiş firkirlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: