Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Birliyimizi heç bir qüvvə sarsıda bilməz
05.08.2020 13:50
  • A-
  • A
  • A+

Birliyimizi heç bir qüvvə sarsıda bilməz

Müstəqil Azərbaycan dövlətinin məqsədyönlü siyasəti beynəlxalq hüquq normalarına cavab verir. Son aylar ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının üzvü olan dövlətlərin rəhbərliyi ilə aparılmış müzakirələr Prezidentimizin dünya liderlərindən biri olduğunu bir daha sübut etdi.

Bu gün belə çətin dönəmlərdə xarici ölkələrdən həm siyasi, həm iqtisadi sahədə uğurlar qazanan Azərbaycana gələn dəstək qürurvericidir. Əlbəttə, bu da bir daha onu sübut edir ki, beynəlxalq arenada özünün nüfuzu, apardığı siyasət nəticəsində ölkəmiz özünəməxsus söz haqqına malikdir.

Milli birliyimizi bir daha sübut etmək üçün xalqımız meydanlara çıxaraq ordumuza dəstək nümayiş etdirdi. Bütün dünya şahid oldu ki, xüsusilə dünya ölkələrinin insanlarının sağlamlığını pandemiyaya görə üstün tutduğu və mübarizə apardığı bu dönəmlərdə vətənpərvərliyimiz bizim canımızdan, sağlamlığımızdan önəmlidir.

Biz istənilən anda birliyimizi nümayiş etdirməyə qadirik. Hər zaman beynəlxalq arenada ölkəmizi yüksək səviyyədə təmsil edən ölkə başçımızın ətrafında birləşməyi bacarırıq. Əlbəttə, bu birliyə kölgə salmağa çalışanlar da az deyil. Lakin biz ayıq-sayıq olmalı və qara qüvvələrə qarşı mübarizə aparmalıyıq. Ölkənin heç bir ziyalısı, alimi, həkimi, müəllimi belə qara düşüncəli insanları heç zaman qəbul etməyəcək. Bizim birliyimizi heç bir qüvvə sarsıda bilməz.

Gələcək əsgər anası kimi vətən torpağımıza general, mayor, sıravi əsgər kimi balalarını şəhid vermiş anaların qarşısında baş əyirəm. Əsgər balalarımıza demək istəyirəm ki, şəhidlərimizin övladları üçün əmanət qoyub getdiyi, narahat qalmış ruhların rahatlıq tapması naminə, torpaqlarımızın işğaldan azad olunmasında mənfur düşmənə aman verməyin. Sizlərə güc, dözüm və səngərdə uğurlar arzu edirik.

Ali Baş Komandanımızın əmrini hər birimiz hər zaman yerinə yetirməyə hazırıq.

Suma Hüseynova, AMEA Fizika İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: