www.science.az
20.11.2014 00:00

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında AR Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi”nin 5.3-cü bəndinə uyğun olaraq qərara alıram:

Aşağıdakı şəxslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvləri təyin edilsin: 

Abdullayev Kamal Mehdi oğlu

Əbdüləziz bin Osman əl-Tüveycri

Əliyeva Leyla İlham qızı

Əlizadə Akif Ağamehdi oğlu

Əlizadə Firəngiz Əliağa qızı

Koiçiro Matsuuro

Quliyev Eldar Tofiq oğlu

Salahov Tahir Teymur oğlu

Şarovski Aleksandr Yakovleviç

Zabelin Mixail Yuryeviç. 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 noyabr 2014-cü il.