Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan Bölməsində “Ərəbdilli əlyazma və çap kitablarının kataloqu” çapa hazırlanır
29.07.2020 11:58
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində “Ərəbdilli əlyazma və çap kitablarının kataloqu” çapa hazırlanır

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “Ərəbdilli əlyazma və çap kitablarının kataloqu”nun nəşri ilə bağlı iclas keçirilib.

Fondun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov bu elmi müəssisədə saxlanılan ərəbdilli əlyazma və çap kitabları, onların müəllifi, katibi və naşirləri haqqında ətraflı məlumat verib.

Daha sonra Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazov və elmi işçi Kübra Vəliyeva kataloqun quruluşu, elmi təsviri, eyni zamanda, ərəbdilli əlyazma və çap kitablarının məzmununa dair məlumatları diqqətə çatdırıb.

Qeyd edək ki, Əlyazmalar Fondunda mühafizə olunan əlyazma və qədim çap kitablarının kataloqunun nəşrə hazırlanması ilə əlaqədar 2018-ci ildə “Farsdilli əlyazma və əski çap kitablarının kataloqu” nəşr olunub. “Türkdilli əlyazma və çap kitabları kataloqu” isə hazırlanaraq nəşrə təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: