Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Diaspora nümayəndələri Əlyazmalar İnstitutunda olublar
31.10.2014 00:00
  • A-
  • A
  • A+

Diaspora nümayəndələri Əlyazmalar İnstitutunda olublar

Oktyabrın 29-da Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Rusiya Federasiyası və Ukrayna Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbər qadın üzvləri: Stavropol “Odlar Yurdu” Cəmiyyətinin Qadınlar Şurasının sədri Bəsti Mütəllimova, Simferopol “Vətən” konqresinin gənclər və qadınlarla iş üzrə departamentinin sədri Arifə Muxtarova və Xarkov şəhərindəki Azərbaycan diaspor təşkilatının “Aynur Xatun” Qadınlar Şurasının sədri Kifayət Cəfərova institutun direktor müavinləri, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli ilə görüşüblər.

Görüşdə P.Kərimov institutda saxlanılan qədim türkdilli, farsdilli, ərəbdilli əlyazmaların toplanması, qorunub saxlanılması, araşdırılması, tədqiqi və nəşri haqqında məlumat verib.

Filologiya üzrə elmlər doktoru A.Əliyeva-Kəngərli elm və mədəniyyət xadimlərinin yaradıcılığına aid biblioqrafik məlumatların toplanması, oxucu kataloq-kartotekasının tətbiqi, nizama salınması, yenilənməsi və digər məsələlər haqqında ətraflı məlumat verib və qonaqlara yeni çap olunmuş ikicildlik “Heydər Əliyev: müstəqilliyimiz əbədidir” elmi-biblioqrafik göstəricisini hədiyyə edib.

Sonda fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: