Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Avropada koronavirusa qarşı peyvəndin istehsalına sentyabrda başlanılacaq
28.07.2020 11:12
  • A-
  • A
  • A+

Avropada koronavirusa qarşı peyvəndin istehsalına sentyabrda başlanılacaq

Avropada koronavirus əleyhinə vaksinin istehsalına sentyabr ayında başlanılacağı elan edilib.

ria.ru saytı xəbər verir ki, bunu İtaliyanın “Irbm” biotexnologiya şirkətinin rəhbəri Pyero Di Lorenso deyib.

Britaniyalı və italiyalı mütəxəssislər, əsasən “AstraZeneca” əczaçılıq şirkətinin və Oksford Universitetinin alimləri, həmçinin “Irbm” şirkətinin molekulyar biotexnologiya sahəsi üzrə mütəxəssisləri "ChAdOx1" adlı preparat üzərində çalışırlar.

“Vaksin artıq mindən çox pasiyent üzərində sınaqdan keçirilib. Hazırda çalışmaların 3-cü mərhələsindəyik və on minlərlə insan üzərində sınaqlar keçiririk. İşlər yolunda gedərsə, sentyabrın sonlarına qədər vaksin stehsal oluna bilər”, - deyə P. Lorenso müsahibəsində bildirib.

Onun sözlərinə görə, preparat, ilk növbədə risk qrupunda olan insanlara veriləcək. Proqnozlara əsasən, ilk vaksin dozaları 2-3 avroya satışa çıxarılacaq. Avropada preparatın paylanması İtaliya, Niderland, Fransa və Almaniyadan başlayacaq. Buna baxmayaraq, peyvəndləmə sürətlə yayılacaq və il ərzində dünya təhlükəli infeksiyadan xilas olacaq.

İtaliyalı mütəxəssislər eyni zamanda COVID-19 əleyhinə bir neçə vaksin üzərində çalışır. Aprel ayında vaksinin hazırlanması tempinin sürətləndirilməsi məqsədilə “ReiThera” (İtaliya), “Leukocare” (Almaniya) və “Univercells” (Belçika) biotexnologiya şirkətləri arasında strateji əməkdaşlığın başladığı elan olunub.

  • Paylaş: