Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin inzibati binasında AMEA Elmi İnnovasiyalar Mərkəzinin rəhbərliyi ilə görüş keçirilib
30.10.2014 00:00
  • A-
  • A
  • A+

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin inzibati binasında AMEA Elmi İnnovasiyalar Mərkəzinin rəhbərliyi ilə görüş keçirilib

Oktyabrın 28-də “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin binasında AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) rəhbərliyi ilə işgüzar görüş keçirilib. 

“Azərbaycan Milli Elmlər Akademiyası və “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsinin müzakirəsi ilə əlaqədar təşkil olunmuş görüşdə QSC-nin geologiya və texnologiya üzrə baş mütəxəssisləri iştirak ediblər.

Görüşdə EİM-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov və “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin aparat rəhbəri Vəfadar Əbilhəsənov, Satış və Marketinq Departamentinin direktoru Elşən Cəfərov işçi qrupunun yaradılması, birgə iş planının təşkil edilməsi, mütəxəssis kadrların hazırlanması və s. məsələləri müzakirə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: