Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Elm və incəsənət sahəsində Vulf Mükafatı elan edilir
27.07.2020 13:26
  • A-
  • A
  • A+

Elm və incəsənət sahəsində Vulf Mükafatı elan edilir

2021-ci il üçün tibb, fizika, kimya, eləcə də musiqi sahələrində Vulf Mükafatı (Wolf Prize) elan edilib.

Bu mükafat 1978-ci ildən milliyətindən, irqindən, dinindən, siyasi durumundan, cinsindən asılı olmayaraq bəşəriyyətə və xalqlar arasındakı dostluq münasibətlərinə faydalı töhfələr vermiş tanınmış incəsənət və elm adamlarına verilir.

Hər bir sahə üzrə mükafat diplom və 100.000 ABŞ dolları məbləğində müəyyən edilib. Mükafata qrup halında layiq görüldükdə o, qaliblər arasında bölünür.

Mükafat müəssisəyə deyil, şəxslərə verilir. İddiaçı özünü təqdim edə bilməz. Namizədlərin sənədləri 10 sentyabr 2020-ci il tarixinə qədər təqdim edilməlidir.

Qeyd edək ki, Vulf Mükafatı Yerusəlim şəhərində İsrailin Prezidenti tərəfindən sahiblərinə təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: