Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dövlət-vətəndaş həmrəyliyi sarsılmazdır!
27.07.2020 13:20
  • A-
  • A
  • A+

Dövlət-vətəndaş həmrəyliyi sarsılmazdır!

Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycanın dövlət sərhəddindəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə ölkəmizin Tovuz rayonu istiqamətindəki sərhədində təxribat törətməsi, yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoyması artıq bütün dünya ölkələrinə məlumdur. Düşmən təxribatlarının qarşısı alınarkən ölkəmizin ərazi bütövlüyünü müdafiə etmək naminə canlarından keçən hərbçilərmiz şəhidlik zirvəsinə ucalmış, bəzi əsgərlərimiz isə yaralanmışdır. Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçularının ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tez bir zamanda sağalmaları üçün şəfa diləyirik.

Canları, qanları bahasına ölkəmizin bir qarış torpağını belə mənfur düşmənin əlinə verməyən şəhidlərimizin qisası isə Ali Baş Komandanın iradəsi və uzaqgörən siyasəti ilə tez bir zamanda alınıb, alınacaq da. Hələ 1988-ci ildə ermənilər tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə illər ərzində davam etmiş, bu gün də davam etməkdədir.

Hamıya aydın olduğu ki, Azərbaycan xalqı artıq 30 ildir ki, işğal olunmuş Dağlıq Qarabağ ərazilərimizin sülh yolu ilə qaytarılmasını gözləyir və arzulayır. Lakin düşmən torpaqlarımızın işğalını davam etdirməklə yanaşı, bütün vasitələrlə xalqımızın tarixi, mədəni irsinə qarşı da təcavüz və qəsbkarlıq siyasəti yürütməkdə davam edir. Xalqımız artıq bu haqsızlıqlara dözmək istəmir, bu problemin sonlandırılmasını arzulayır. Belə ki, yurdumuzun igid oğul və qızları  iyulun 14-dən 15-nə keçən gecə Bakıda orduya dəstək yürüşü təşkil etdi, vətənpərvərlik şüarları səsləndirərək vətəndaş-dövlət, vətəndaş-Prezident vəhdətini göstərdi. Bu isə onu göstərdi ki, dövlət və xalqın həmrəyliyi sarsılmazdır. Qürur doğuran haldır ki, hər bir Azərbaycan vətəndaşı bu gün həmrəydir. 

Ölkəmizin ərazi bütövlüyü uğrunda hər an canlarından keçməyə hazır olan igidlərimizin bu fədakar addımı təqdirəlayiq haldır. Lakin nəzərə alsaq ki, hazırda bütün dünya COVID-19 pandemiyası ilə bağlı böyük savaşdadır və bu infeksiyanın yayılma riski hələ də aktualdır. Ona görə də, indiki vəziyyətdə heç bir halda yenidən kütləvi mitinqlərin təkrarlanmasına yol vermək olmaz. Məhz bu səbəbdən əhalini ciddi karantin rejiminin tələblərinə riayət etməyə, sosial məsafəni qorumağa, qoruyucu maskalardan istifadə etməyə səsləyirik.

Həmçinin Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsilə həqiqətə uyğun olmayan yanlış xəbərlərə əhəmiyyət verməməyə, xalqı yalnız rəsmi məlumatlara inanmağa çağırırıq.

Xalqımız hər zaman düzgün siyasət yürüdən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini, hər bir addımında ona dəstək olduğunu, xalq-ordu birliyini növbəti dəfə sübut etdi. Bu da gələcəkdə heç bir düşmən əlinin torpaqlarımıza uzana bilməyəcəyinin bariz nümunəsidir.

Elşad Əhmədov, AMEA-nın Zoologiya İnstitutunun direktoru v.i.e., bilologiya elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: