Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İnformasiya təhlükəsizliyi ilə milli təhlükəsizliyin digər komponentlərinin qarşılıqlı əlaqəsi araşdırılıb
27.07.2020 12:49
  • A-
  • A
  • A+

İnformasiya təhlükəsizliyi ilə milli təhlükəsizliyin digər komponentlərinin qarşılıqlı əlaqəsi araşdırılıb

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdirləri – AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və Rasim Mahmudovun həmmüəllifi olduqları “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin komponenti kimi” adlı məqalə dünyanın nüfuzlu “Taylor&Francis” nəşriyyatına məxsus “Information Security Journal: A Global Perspective” jurnalında dərc olunub.

Məqalədə milli təhlükəsizliyin mahiyyətinə, məzmununa dair müxtəlif yanaşmalar araşdırılıb. Milli təhlükəsizliyin vəzifələri, təmin olunması metodları şərh olunub. Həmçinin milli təhlükəsizliyin obyekti olan həyati vacib maraqlar, müxtəlif sahələr təsnif edilmişdir. 

Qeyd edək ki, “Information Security Journal: A Global Perspective” jurnalı “Web of Science” (ESCI) və “SCOPUS” (Q2) beynəlxalq elmi bazalarında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: