Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Orta qulaqda COVID-19-a səbəb olan SARS-CoV-2 virusu aşkar edilib
27.07.2020 12:45
  • A-
  • A
  • A+

Orta qulaqda COVID-19-a səbəb olan SARS-CoV-2 virusu aşkar edilib

medpagetoday.com saytının məlumatına görə, tədqiqatçılar COVID-19-a yoluxan xəstələrin otopsiyası zamanı orta qulaqda və mastoiddə bu xəstəliyi törədən SARS-CoV-2 virusunu aşkar ediblər.

Belə ki, Johns Hopkins Ambulator Mərkəzinin həkimi C.Metyu Stüart və həmkarları COVID-19 səbəbiylə ölən 3 pasiyentin - 80 yaşlı qadın və kişi, eləcə də 60 yaşlı bir kişinin otopsiyasını tədqiq ediblər. Üç nəfərdən ikisinin mastoid və orta qulaq nahiyəsində SARS-CoV-2 virusu müsbət nəticə verib.

Tədqiqatçıların fikrincə, COVID-19 xəstələrinə qulaq əməliyyatı zamanı burun, ağız və hava yollarına tətbiq olunan damla prosedurları xəstəliyin tibb işçilərinə yoluxma riskini artırır. Bu səbəbdən damla prosedurları xəstələrdə ambulator şəraitdə tətbiq olunmalıdır.

  • Paylaş: