Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşının məqaləsi “Web of Science” bazasında indeksləşən jurnalda dərc olunub
27.07.2020 12:38
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşının məqaləsi “Web of Science” bazasında indeksləşən jurnalda dərc olunub

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşının həmmüəllif olduğu “MnGaInSе4 monokristalının dəyişən sahədə elektrikkeçiriciliyi” adlı məqalə “Web of Science” bazasında indeksləşən, İsveçrədə “Springer Nature Switzerland” nəşriyyatının “Technical Physics Letters” jurnalında dərc olunub.

Məqalədə  müasir elektrotexnika üçün perspektivli maqnit materialı hesab olunan MnGaInSе4 monokristalının fiziki xassələrinin, o cümlədən elektrikkeçiriciliyinin temperatur və tezlikdən asılılığı tədqiq olunub. Tədqiqat işi aktivləşmə enerjisinin təyinini əhatə etməklə materialşünaslığın müasir problemlərinə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: