Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İşğal faciəsi
27.07.2020 12:18
  • A-
  • A
  • A+

İşğal faciəsi

XX əsrin sonlarında dünyanın ən böyük işğal faciəsini Azərbaycan yaşamışdır. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin düşmüş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hərbi təcavüz respublikamızın 17 min kv.km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil, 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km. avtomobil yollarının, 348 körpünün, 7568 km. su və 76940 km. elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdur.

Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər. Onlar ələ keçirdikləri ərazilərdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli 40 min muzeyin sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 18 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4 600 000 (dörd milyon altı yüz min) kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir.

Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə bərabər, ilkin və axıradək müəyyənləşdirilməmiş məlumata görə, Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox həcmdə ziyan dəymişdir.

Erməni işğalına məruz qalmış rayonların siyahısı:

 Xankəndi – 26 dekabr 1991-ci il (sahəsi 926 kv. km.)

 Xocalı – 26 fevral 1992-ci il (sahəsi 0.97 kv.km.)

Şuşa – 8 may 1992- ci il (sahəsi 289 kv.km)

Laçın – 17 may 1992-ci il (sahəsi 1835 kv.km)

Xocavənd – 2 oktyabr 1992-ci il (sahəsi 1.46 kv. km)

Kəlbəcər – 2 aprel 1993-cü il (sahəsi 1936 kv.km.)

Ağdərə – 7 iyul 1993-cü il (sahəsi 1.7 kv.km.)

Ağdam – 23 iyul 1993-cü il (sahəsi 1094 kv.km)

Cəbrayıl – 23 avqust 1993-cü il (sahəsi 1050 kv.km.)

Füzuli – 23 avqust 1993-cü il (sahəsi 802 kv.km.)

Qubadlı – 31 avqust 1993-cü il (sahəsi 802 kv.km)

Zəngilan – 29 oktyabr 1993 – cü il (sahəsi 707 kv.km)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: