Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlərin adları “Dünyanın ən nüfuzlu elm adamları” siyahısına daxil edilib
27.07.2020 10:59
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin adları “Dünyanın ən nüfuzlu elm adamları” siyahısına daxil edilib

ABŞ və Hollandiya mütəxəssisləri tərəfindən “Dünyanın ən nüfuzlu elm adamları”nın siyahısı tərtib olunub. Bu siyahıya azərbaycanlı alimlərin də adları daxil edilib.

Siyahı elmi istinad indeksi istifadə edilərək, dünyadakı elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanıb. Qiymətləndirmənin nəticəsi olaraq bütün dünya üzrə 22 kafedra və 176 ixtisasda ən nüfuzlu elm adamlarının adları “Plos biology” jurnalında nəşr olunub.

Siyahıda Yıldız Teknik Universitetinin Mexanika mühəndisliyi bölümünün müəllimi, AMEA-nın müxbir üzvü Surxay Əkbərov, professorlar - Türkiyənin Süleyman Dəmirəl Universitetinin İnşaat mühəndisliyi bölümünün müəllimi Abdullah Sofiyev, Orta Doğu Teknik Universitetinin Fizika bölümünün müəllimi Təhmasib Əliyev və Çanaqqala Onsekiz Mart Universitetinin müəllimi İsrafil Hüseynovun adları yer alıb.

Həmçinin Mürşüd Qəribov (B.Britaniya), Gümrah Əliyev (ABŞ), Nazim Muradov (ABŞ), Nazim Mahmudov (Şimali Kipr), Süleyman Allahverdiyev (Rusiya) və digər azərbaycanlı alimlərin adları siyahıda verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: