Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA magistrantlarının attestasiyası keçirilib
24.07.2020 13:19
  • A-
  • A
  • A+

AMEA magistrantlarının attestasiyası keçirilib

İyulun 24-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda müəssisənin direktoru, akademik İradə Hüseynovanın 21 iyul 2020-ci il tarixli əmri ilə yaradılmış Attestasiya Komissiyası tərəfindən imtahan sessiyasını uğurla başa vurmuş magistrantların attestasiyası aparılıb. 

Attestasiya iclası "Zoom" platforması üzərindən onlayn keçirilib.

Onlayn iclasda I kursu başa vuran “Molekulyar biologiya” ixtisası üzrə 3, “Biokimya” ixtisası üzrə 2, “Biotexnologiya” ixtisası üzrə 3, “Nanobiotexnologiya” ixtisası üzrə 1 magistrant iştirak edib.

Tədbirdə hər bir magistrın imtahan nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti müzakirə edilib.

Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: