Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycançılıq ideologiyası müasir mətbuatın inkişaf doktrinası kimi
24.07.2020 11:12
  • A-
  • A
  • A+

Azərbaycançılıq ideologiyası müasir mətbuatın inkişaf doktrinası kimi

145 il bundan öncə, 1875-ci il iyulun 22-də həmin dövrün maarifçilik hərəkatının ən görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin ilk nömrəsi işıq üzü gördü. Bununla da Azərbaycan milli mətbuatının, Azərbaycan dilində əsl demokratik və xalq mətbuatının əsası qoyuldu, qəzetin ilk nömrələri xalqın səsini ucaltdı, Azərbaycan jurnalistikasının bayraqdarı oldu.

Öz çətin, keşməkeşli, eyni zamanda, zəngin və şanlı yolunda Azərbaycan mətbuatı bir neçə mərhələdən keçib. Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Sovetlər Birliyi dönəmi, bünövrəsi mətbuatın cəmiyyətə təsirini həmişə yüksək qiymətləndirən və Azərbaycan mətbuatına dair ilk fərmanı imzalayan ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan olduqca mürəkkəb müstəqillik mərhələsi...

Ümumilikdə görkəmli siyasi strateq mətbuatın problemlərinin həllinə yönələn ondan artıq sərəncam və fərman imzalayıb. 1999-cu ildə müasir tələblərə cavab verən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib...

Qaliyə Əliyeva

kaspiy.az

  • Paylaş: