Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Düşmən təxribatlarının qarşısı həmişə qətiyyətlə alınacaq
23.07.2020 12:41
  • A-
  • A
  • A+

Düşmən təxribatlarının qarşısı həmişə qətiyyətlə alınacaq

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ağır döyüşlər zamanı Azərbaycan ordusunun çevik və operativliyi nəticəsində erməni silahlı qüvvələrinin növbəti təxribatının qarşısı qətiyyətlə alınmış, əməliyyat şəraiti ordumuzun tam nəzarəti altına keçmiş, eyni zamanda, düşmənin strateji obyektləri darmadağın edilərək xeyli sayda itkilərlə üzləşmişdir.

Ermənistan silahlı qüvvələri tərəfindən açılmış iri artilleriya atəşi nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçuları qəhrəmancasına şəhid oldular. Bütün bunlar bir daha onu göstəriri ki, Azərbaycan Ordusunun ali zabit heyəti daim ön cəbhədə əsgərlərin yanındadır və onlar düşmənə qarşı birgə mübarizə aparırlar.

Baş verən hadisələr yalnız sərhəd toqquşması deyil, həm də Ermənistan Respublikasının beynəlxalq hüququn norma və prinsiplərini pozaraq özünün məkrli, hiyləgər və təcavüzkar siyasəti nəticəsində həyata keçirdiyi növbəti təxribat və hərbi təcavüzdür. Ermənistan bu təxribat vasitəsilə regionda yeni gərginlik ocağı yaratmağa cəhd edir və üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etməyə çalışaraq, regionu yeni təhlükələrlə üz-üzə qoyur. Ermənistan silahlı qüvvələri, eyni zamanda, yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutmaqla, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurur.

Ermənistan rəhbərliyi bu yolla COVID-19 pandemiyasının ölkədə geniş yayılması şəraitində kəskin sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır. Bir faktıda unutmaq lazım deyil ki, Ermənistan hazırda dövrünün ən ağır və acınacaqlı günlərini yaşayır. İki il bundan qabaq küçə yürüşləri zamanı hakimiyyəti ələ keçirmək məqsədi ilə xalqa yalnış vədlər verməklə baş nazir kürsüsünə sahib olan Nikol Paşinyan verdiyi vədlərə, götürdüyü öhdəliklərə əməl edə bilməmişdir. Düşmən ölkədə daxili-ictimai vəziyyət həddindən artıq gərgindir və Ermənistanı bundan sonra da ağır günlər gözləyir.

Qürurla bildiririk ki, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə modernləşdirilmiş və sıralarında peşəkar hərbiçilərin xidmət etdiyi Azərbaycan Ordusu düşmənin hər hansı təxribatına həmişə qətiyyətlə cavab verəcəkdir!

Aydın Eyvazov, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin əməkdaşı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: