Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA alimləri AZTV telekanalına müsahibə veriblər
23.07.2020 10:52
  • A-
  • A
  • A+

AMEA alimləri AZTV telekanalına müsahibə veriblər

AZTV-nin “Tele Səhər” verilişində Azərbaycanın satirik-yumoristik jurnalı olan “Molla Nəsrəddin”ə həsr olunmuş sujet yayımlanıb. Sujetdə AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və həmin institutun şöbə müdiri, professor Vüqar Əhməd “Molla Nəsrəddin” jurnalı ilə bağlı müsahibə veriblər.

Akademik İsa Həbibbəyli çıxışında bildirib ki, “Molla Nəsrəddin”in ilk sayında çap olunan "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!" adlı məqalə jurnalın istiqamətini müəyyən etməyə imkan verir. Mollanəsrəddinçilərin publisistikasında öz əksini tapmış bütün fikirlər burada toplanıb.

Alimin sözlərinə görə, jurnal Cəlil Məmmədquluzadənin, eləcə də bütün Mollanəsrəddinçilərin əsərlərinin çoxcildli külliyatı, eyni zamanda, azərbaycançılıq ensiklopediyasıdır. Nəşr Molla Nəsrəddinçilər ədəbi nəslinin yetişib-formalaşmasında mühüm rol oynayıb.

Professor Vüqar Əhməd isə müsahibəsində qeyd edib ki, tənqidi-realizmin bariz nümunəsi olan “Molla Nəsrəddin” jurnalı publisistika və rəssamlıq məktəbləri yaradıb, dahi M.Ə.Sabiri yetişdirib. Əbdülrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar, Əli Nəzmi, Məmməd Səid Ordubadinin iştirak etdiyi ədəbi hərəkat sonradan ədəbi məktəbə çevrilib. Həmçinin İ.Rotter, O.Şmerlinq, Ə.Əzimzadə kimi rəssamlar yetişib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: