Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
23.07.2020 10:35
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Hamlet Quliyevin həmmüəllif olduqları “Hiperbolik tənlik üçün sərhəd məsələsində iki aralıq müşahidə anları olan başlanğıc idarəetmə məsələsi” adlı məqalə “Optimal Control - Applications and Methods” jurnalında çap olunub.

Məqalədə ikitərtibli xətti hiperbolik tənlik üçün qarışıq məsələdə iki aralıq müşahidə anları olan kvadratik funksionallı başlanğıc idarəetmə məsələsi tədqiq olunub, funksionalın infimumunun sıfıra bərabər olduğu hal araşdırılıb, variasional bərabərsizlik şəklində optimallıq üçün zəruri və kafi şərtlər tapılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: