www.science.az
28.10.2014 00:00

E.M.Ramazanovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram

Azərbaycan Respublikasında neft və qaz sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə Elmira Məmmədəmin qızı Ramazanova “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 25 oktyabr 2014-cü il.