Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Koronavirusu saniyələr ərzində məhv edən unikal filtr hazırlanıb
20.07.2020 12:32
  • A-
  • A
  • A+

Koronavirusu saniyələr ərzində məhv edən unikal filtr hazırlanıb

ABŞ-ın Hyuston Universitetinin tədqiqatçılar qrupu koronavirusu tutmaq və saniyələr ərzində öldürmək imkanına malik hava filtri hazırlayıblar. Laboratoriya sınaqları göstərib ki, filtr bir dəfəyə 99,8% virus elementini məhv etməyə qadirdir.

meddaily.ru saytının məlumatına görə, filtrin əsasında 200 dərəcə Selsidən çox qızdırılan nikel köpüyü dayanır. Koronavirus 70 dərəcə Selsidən çox istiliyə tab gətirə bilmədiyindən alimlər qızdırılan filtr hazırlamaq qərarına gəliblər. Köpük havanı yaxşı buraxır, elastikdir və asan qızır. Onu 250 dərəcəyə qədər qızdırmaq olar.

İstehsalçılar bu filtri binaların və təyyarələrin soyutma və qızdırıcı sistemlərinə tətbiq etmək niyyətindədirlər. Alimlər onun virus üzərində tam qələbə üçün kifayət etməyəcəyini etiraf etsələr də, filtr qapalı məkanlardakı virusun konsentrasiyasını azaltmaq imkanına malikdir.

  • Paylaş: