Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft və Qaz İnstitutunun fəaliyyət planı müzakirə edilib
20.07.2020 11:19
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun fəaliyyət planı müzakirə edilib

AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.

Əvvəlcə institutun direktoru v.i.e., akademik Fəxrəddin Qədirov gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib.

İclasda elmi müəssisənin fəaliyyət planı müzakirə edilib. Pandemiya dövründə institutun şöbələrinin yerinə yetirdikləri elmi tədqiqat işləri haqqında məlumat verilib, tapşırıq və tövsiyələr dinlənilib. İnstitutun yerli və xarici elmi müəssisələrlə əməkdaşlığından bəhs olunub, müştərək aparılan işlərin vəziyyəti haqqında hesabatlar dinlənilib. Həmçinin Neft və Qaz İnstitutunun strukturunda qismən dəyişiklik olunması, Elmi şuranın tərkibi müzakirə edilib.

Daha sonra iclasda elmi-tədqiqat işləri proqramlarının qəbul edilməsi məsələsinə baxılıb. “Atmosferə atılan karbon dioksid qazının tutularaq sənayedə istifadəsi texnologiyasının Azərbaycanda tətbiqinin elmi texniki və iqtisadi əsaslandırılması” və “Süxurların reologiyası nəzərə alınmaqla karbohidrogen yataqlarının işlənilməsinin layihələndirilməsinin və ehtiyatların idarə edilməsinin yeni proqnoz üsullarının yaradılması” mövzularında təqdimatlar keçirilib, müzakirələrdən sonra elmi tədqiqat işləri qəbul olunub.

Sonda Neft və Qaz İnstitutunun Təhsil şöbəsinin müdiri Arif Hüseynov müəssisənin doktorantura və dissertanturasına qəbulun və magistr dissertasiyalarının müdafiəsinin nəticələri haqqında məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: