Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fiziologiya İnstitutunun əməkdaşı Harvard Universitetinin sertifikatına layiq görülüb
20.07.2020 10:51
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunun əməkdaşı Harvard Universitetinin sertifikatına layiq görülüb

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Ekotoksikologiya laboratoriyasının kiçik elmi işçisi Fərhad Rüstəmov Harvard Universitetində (ABŞ) distant olaraq 2 kursu başa vurub və sertifikata layiq görülüb.

“Neyroelmin əsasları: neyronun elektrik xüsusiyyətləri” və “Neyroelmin əsasları: neyronlar və şəbəkələr” kurslarını uğurla başa vuran gənc alim bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın bəzi məşhur universitetləri müxtəlif elmi istiqamətlərdə ödənişsiz distant təhsil kursları təşkil edirlər. Bu kurslarda onlayn videomühazirələr, nüfuzlu universitetlərin elmi nəşrləri, öyrənilən elm sahəsinə uyğun interaktiv diaqramlar, kursun materiallarına əsasən aparılmış eksperimental, kliniki və tətbiqi işlərin, təcrübi məşğələlərin videogörüntüləri mövcuddur.

F.Rüstəmov qeyd edib ki, Nobel mükafatı almış alimlərin müsahibələrinin, sınaq testlərinin yer aldığı kurslarda distant təhsil almaq üçün ingilis dili yüksək səviyyədə olmalıdır. Onlayn etibarlılıq şifrəsi olan beynəlxalq sertifikatlar dünyanın hər yerində tanınır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: