Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor Qasım Hacıyev: “Ermənilər son hadisələri törətməklə Qarabağın işğalından diqqəti yayındırmaq istəyirlər”
17.07.2020 13:29
  • A-
  • A
  • A+

Professor Qasım Hacıyev: “Ermənilər son hadisələri törətməklə Qarabağın işğalından diqqəti yayındırmaq istəyirlər”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev İrəvanın qondarma “erməni qaçqınları” ilə bağlı, eləcə də “qaçqınlar probleminin həllinə” dair “həqiqətlərin” yayılması məqsədini daşıyan “Qaçqınlar üçün Erməni Platforması” yaratmasına dair fikirlərini bölüşüb.

“Buna son dərəcə ciddi yanaşıb onları ifşa etməli və siyasətimizi gücləndirməliyik”, – deyən Q.Hacıyev bildirib ki, ölkəmiz bu təxribatlara hazır olmalı və ermənilərə adekvat cavab verilməlidir: “Ermənilər yaşamadıqları ərazilərdə özlərini yerli xalq kimi təqdim edirlər. Əvvəllər “Böyük Ermənistan” xülyasını, indi isə “Qaçqınlar üçün Erməni Platforması” yalanını ortaya atıblar”.

Bu platformanın heç bir əsası olmadığını vurğulayan alim ermənilərin bu yolla Azərbaycana qarşı törətdikləri təcavüzdən, Qarabağın işğalından diqqəti yayındırmaq istədiklərini bildirib. Qeyd edib ki, 250 min azərbaycanlı Ermənistandan, öz dədə-baba torpaqlarından didərgin salınıb. Onun sözlərinə görə, ermənilər guya Orta Asiyadan deportasiya edilmələrinə dair uydurmalar ortaya atırlar. Lakin tarixdə belə bir hal baş verməyib.

Q.Hacıyev əlavə edib ki, bütün hallarda onların təxribatlarına hazır olmalı və hər gün onların yalanını ifşa etməliyik. Tarixçilər, siyasətçilər, ədəbiyyatçılar, mətbuat işçiləri bütün vasitələrdən kompleks şəkildə istifadə etməlidir.

Məlumat üçün qeyd edək ki, son bir ildə bu yöndə ermənilərin təxribatları artıb. Belə ki, İrəvan Azərbaycanın 90-cı illərdə minlərlə ermənini didərgin salması ilə bağlı qondarma iddia ilə çıxış etməkdə, dünyanı “erməni qaçqını” yalanına inandırmağa çalışmaqdadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: