www.science.az
19.11.2014 00:00

AMEA Fizika İnstitutuna yeni təyinatlar olub

AMEA Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə akademik Cavad Abdinov təyin edilib. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin 19 noyabr 2014-cü il tarixdə keçirilmiş iclasında qəbul olunub.

Digər qərarlarla isə fizika üzrə elmlər doktoru Ayaz Bayramov institutun İnnovasiyalar və Transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov isə qurumun elmi katibi vəzifələrinə təyin ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.