Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb
16.07.2020 13:42
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

“Elm” qəzetinin növbəti, cari il üçün 11-ci nömrəsi oxucuların ixtiyarına verilib.

Qəzetin ilk səhifəsində ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” və “A.F.Brovkinanın Azərbaycan Respublikası Prezidentinin fəxri diploma ilə təltif edilməsi haqqında” müvafiq sərəncamları, o cümlədən dövlət başçısının Rusiya Elmlər Akademiyasının akademiki xanım Alevtina Brovkinaya təbrik məktubu barədə material yer alıb.

Mətbu orqanın ikinci səhifəsində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycan Prezidenti və xalqımız heç vaxt əzəli torpaqlarımızın itirilməsi ilə barışmayacaq” və “… Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz” sözləri mənim üçün hər şeydən daha yüksəkdə dayanan bir qiymətdir”, eləcə də AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Birlik və inamdan güc alan siyasət və qətiyyət” sərlövhəli məqalələri təqdim olunub.

“Prezident nümunəsi və mənəvi məsuliyyətimiz”, “Məhtimqulu və türk dünyası” mövzusunda beynəlxalq onlayn konfrans”, “Məhəmməd Hadinin sənət idealları və müasir dövr” başlıqlı yazılarla qəzetin üçüncü səhifəsində tanış olmaq olar.

“Elm” qəzetinin iyul buraxılışında, həmçinin “Akademik Cəlal Əliyevin anadan olmasından 92 il ötür”, “AMEA və Monpelye Universitetinin alimlərindən ibarət komissiyanın onlayn görüşü”, “Akademik Ramiz Mehdiyevin Nadir Şah Əfşar və xanlıqlar institutuna siyasi-ideoloji yanaşması”, “Yüksək Texnologiyalar Parkı və “Ekvita” şirkətinin əməkdaşlıq perspektivləri müzakirədə”, “Azərbaycanda Bitki Mühafizəsi Strategiyasının davamlı inkişafı üzrə uğurlu fəaliyyət”, “Azərbaycan mətbuatı “Əkinçi” qəzetinin işığında” başlıqlı məqalələr yer alıb.

Qəzetin bu nömrəsində pandemiya mövzusuna geniş yer ayrılıb. Belə ki, “Akademik Fəxrəddin Qədirov: “Təbii fəlakətlər pandemiya dövründə baş verərsə, daha ağır nəticələr müşahidə olunar”, “Dünya tarixində pandemiyalar”, “Özünü və başqalarını qorumaq məsuliyyəti”, “Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkən ölkələr sırasında ilk üçlükdədir”, “Alimlərimizin COVID-19-a dair araşdırmaları TƏBİB-in müalicə protokoluna daxil edilib”, “Koronovirus profilaktikasında seleniumun rolu” və s. məqalələr oxuculara təqdim olunub.

Bundan əlavə, nəşrdə Qarabağın dünya şöhrətli Azıx və Tağlar paleolit düşərgələri, dördüncü sənaye inqilabı, Naxçıvanın meyvə genofondunun tədqiqi, yeni tropik-subtropik meyvə, Azərbaycandan Neolit dövrü əhalisinin genomu, eləcə də Kür çayında yaranmış vəziyyətlə bağlı aparılan tədqiqatlar, İsmayıllı qalaları ilə bağlı materiallar əksini tapıb.

24 səhifəlik qəzetdə, həmçinin rus dilində maraqlı yazılar yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: