Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb
15.07.2020 12:14
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb

2019/2020-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası ərəfəsində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda I kurs magistrantların "Molekulyar biologiya", "Biotexnologiya", "Biokimya" və “Nanobiotexnologiya” ixtisaslaşmaları üzrə 16 ixtisas fənnindən imtahanları keçirilib.

Karantin rejiminin tələblərinə uyğun olaraq imtahanlar “Zoom” platforması üzərindən onlayn təşkil olunub.

Təsdiq edilmiş cədvəl əsasında sonuncu imtahan Kembric Universitetinin professoru Qərib Mürşüdovun tədris etdiyi “Struktur biologiyanın üsulları” fənnindən olub.

İmtahanlarda magistrantlar yüksək nəticə göstəriblər.

Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova və Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev mütəmadi olaraq yay imtahan sessiyasına qoşularaq imtahanlarda iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: